[center]
Newscenter.az.29.09.2020. BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda vəziyyətlə bağlı qapalı formatda təcili müzakirələr keçirməyi planlaşdırır.
Newscenter.az xəbər verir ki, bu barədə TASS-a təşkilatdakı mənbə bildirib.
"Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq", - mənbə deyib.
Məlumata görə, görüş təşəbbüsü ilə bir sıra Avropa ölkələri çıxış edib. Məsləhətləşmələrdə Təhlükəsizlik Şurası ölkələrindən 15 diplomat iştirak edəcək.
Anar TAĞIYEV