Newscenter.az.29.09.2020 “Biz "Qarabağ Azərbaycandır!" deməkdən çox xoşbəxtik”.
Bunu Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bilal Haye söyləyib.
“Bu gün Qoşulmama Hərəkatının nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirimiz Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək. Biz bildirmək istəyirik ki, sizin mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin həlli qeyri-müəyyən müddətə təxirə salına bilməz, çünki, bu, ədalətli mövqedir”, - o qeyd edib.