Newscenter.az.30.09.2020. Avropa İttifaqı (Aİ) liderlərinin 1-2 oktyabr tarixində Brüsseldə baş tutacaq iclasında müzakirə ediləcək mövzular açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel danışıb.
Onun sözlərinə görə, iclasda Belarudakı vəziyyət, Aleksey Navalnı və Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. O, qeyd edib ki, sammitin ilk günü tamamilə Aralıq dənizindəki vəziyyətə və Türkiyə ilə münasibətlərə həsr ediləcək.
“Məqsədimiz bölgədə sabitlik və təhlükəsizliyə nail olmaq üçün Türkiyə ilə konstruktiv dialoq yaratmaq, eyni zamanda quruma üzv dövlətlərinin suverenliyinə və suveren hüquqlarına tam hörmət etməyi təmin etməkdir”