Newscenter.az.4.10.2020. “Gəncədəki insanlarla danışdım. Gəncə sakinləri güclüdür. Ermənistan ərazisindən Gəncənin kasset tipli raket hücumuna məruz qalması gəncəliləri heç bir şəkildə qorxuda bilməz”.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.
O, Ermənistanın Gəncəyə raket atmasını məsuliyyətsiz addım adlandırıb.