Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək



Newscenter.az.4.10.2020. “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır”.

Newscenter.az Milli Məclisin deputatı, Azərbaycan-Xorvatiya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Könül Nurullayevaya istinadən xəbər verir ki, Xorvatiya parlamentinin deputatı Veljko Kajtazi belə bəyanatla çıxış edib.

O, Azərbaycanlı həmkarlarına ünvanladığı məktubda son günlər Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib:

“2013-cü ildə Azərbaycanla imzaladığımız Zaqreb Bəyannaməsində Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabonda keçirilmiş sammitinin suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına əsaslanan üç prinsipinə uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan 3-cü bəndini qeyd etmək istəyirəm. Təhlükəsizlik Şurasının müvafiq 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməliyik. Gələn məlumatlarda Tərtər, Daşkəsən, Füzuli və Naftalan şəhərlərinə hücumlar nəticəsində bir çox mülki şəxslərin evləri, şəhər infrastrukturu, xəstəxanalar və inzibati binalar dağıdılmış, günahsız insanlar həlak olmuşdur. Naftalanda beş nəfərdən ibarət bütün ailə həlak olub. Mülki şəxslərin həlak olması Cenevrə Konvensiyasını kobud şəkildə pozur”.

Xorvatiya parlamentinin üzvünün fikirləri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

https://www.glasistre.hr/hrvatska/kajtazi-izrazio-zaljenje-zbog-eskalacije-sukoba-azerbajdzana-i-armenije-670311

Anar
Xəbəri paylaş