Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib



Newscenter.az.9.10.2020. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəhbərliyi və kollektivi Milli Ordumuza dəstək məqsədilə könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna maliyyə vəsaiti köçürüblər.

Newscenter.az-a daxil olan məlumata görə, DQİDK-nın əməkdaşları işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə əmin olduqlarını bildirərək, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbəliyi ilə şanlı Ordumuza yeni qələbələr arzulayırlar. Qarabağ Azərbaycandır!

Qeyd edək ki, Komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun kollektivləri də Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Mehman
Xəbəri paylaş