Newscenter.az.11.10.2020. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alması ilə bağlı paylaşım edib.
“Report” xəbər verir ki, Hikmət Hacıyev yazıb: "Ermənistan humanitar yardım çərçivəsində yeni “Smerç” raketləri alıb. Dərhal Mingəçevirin dinc əhalisinə və energetika infrastrukturuna hücumlar başlandı. Sivil dünya və Ermənistanın arasında uyğunsuzluğa baxın".