Newscenter.az.14.10.2020. “Xarici vətəndaşların iştirakına gəldikdə, Ermənistana baxsınlar. Orada nə qədər xarici terrorçu var. Orada PKK-lıların düşərgələri var, o cümlədən Qarabağda da PKK-lıların düşərgələri var”.
Bunu Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib.
“Orada öldürülən terrorçuların üzərindən Kanada, Livan pasportları çıxıb. Onlar erməni əsillidir və ya deyil – bu başqa məsələdir. Yəni, başqa ölkənin vətəndaşı gəlir orada müharibə aparır. Bu, muzdlulardır”, - prezident vurğulayıb.