Newscenter.az.15.10.2020. “Yaxın vaxtlarda növbəti sevincli xəbərlər, xoş xəbərlər gələcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində deyib.
“Biz əsas əməliyyatları indi şimal, cənub istiqamətlərində aparırıq. Bildiyiniz kimi, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi çox uğurlu əməliyyat nəticəsində baş verib və Cəbrayılın kəndlərinin böyük qismi artıq bizdədir”, - ölkə başçısı vurğulayıb.