Dövlət başçısı: “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər"
Tarix: 16-10-2020, 17:15
Newscenter.az.16.10.2020. “Atəşkəsdən sonra 3 dəfə Hadrut qəsəbəsini yenə də işğal etmək istədilər, 3 dəfə ora həmlə etdilər”.
Bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Amma 3 dəfə də məğlub oldular. Onların niyyəti itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də qaytarmaq və beləliklə işğalçılıq siyasətini davam etdirməkdir”, - Prezident əlavə edib.