Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Akademik Rasim Əliquliyev ziyalılarımızı informasiya müharibəsində fəal olmağa çağırıb



Newscenter.az.17.10.2020. Akademik Rasim Əliquliyev ziyalılarımızı informasiya müharibəsində fəal olmağa çağırıb

Newscenter.az xəbər verir ki, bu çağırışı AMEA-nın vitse-prezidenti, İnfromasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun Elmi şurasının onlayn iclasında çıxışı zamanı səsləndirib.

Akademik hazırda Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə rəşadətli ordumuzun ard-arda qazandığı mühüm qələbələrin ölkəmizdə böyük ruh yüksəkliyinin müşahidə olunduğunu qeyd edib.

Alimin sözlərinə görə, ön cəbhədə əsgərlərimizin böyük əzmkarlığı ilə yanaşı, arxa cəbhədə də bütün Azərbaycan xalqı dövlət başçısının ətrafında bir yumruq kimi birləşərək vətən uğrunda əlindən gələni edir, qəhrəman ordumuza tam dəstəyini nümayiş etdirir.

“Biz məqsədyönlü informasiya siyasətinin tərkib hissəsi kimi bu işə öz töhfələrimizi verməliyik”, - deyən alim İnformasiya Texnologiyaları İnstitutunun da ölkənin intellektual bir qurumu kimi müharibənin bütün ağırlığını dərk edərək bu çətin günlərdə həm ordumuza maddi-mənəvi dəstək göstərdiyini, həm də informasiya müharibəsində fəal iştirak etdiyini deyib.

“Bütün Azərbaycan ziyalıları arxa cəbhənin əsgərləri kimi öz potensialından maksimum şəkildə istifadə etməli, xarici həmkarları ilə əlaqələr qurmalı, kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmalıdır”, - deyə AMEA-nın vitse-prezidenti elm ictimaiyyətinə çağırış edib.

Anar
Xəbəri paylaş