Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin hərbi vəzifəlilərin böyük hissəsi məhv edilib



Newscenter.az.25.10.2020. Qubadlı istiqamətinə gətirilən Ermənistan silahlı qüvvələri 543-cü alayının 1-ci taborunun bölmələri şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanın Kotayk vilayətinin Tsaxkadzor yaşayış məntəqəsindən Dağlıq Qarabağa göndərilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərin böyük hissəsi bölmələrimizin atəş zərbəsi nəticəsində məhv edilib.
Xəbəri paylaş