Newscenter.az.27.10.2020. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) könüllüləri Azərbaycan ordusuna mənəvi dəstək məqsədilə “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.
Newscenter.az-a KOBIA-dan bildirilib ki, ölkənin 21 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin və Xaçmaz KOB evinin 50-yə yaxın könüllüsü “ASAN xidmət” mərkəzlərindən və www.esgeremektub.az saytından istifadə etməklə Azərbaycan əsgərlərinə məktublar göndəriblər.
“KOB könüllüləri”nin məktublarında əsgərlərimizin Vətənimizin ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, işğaldan azad olunmuş şəhər və kəndlərimizdə üçrəngli bayrağımızın dalğalanmasından fəxrlə bəhs edilir, tarix yazan müzəffər Azərbaycan Ordusunun mənfur düşmənə qarşı göstərdiyi rəşadətə görə minnətdarlıq ifadə olunur.
Sevinc