Newscenter.az.29.10.2020. “Goranboyun Tap kəndində Ermənistan silahlı qüvvələri tərəfindən daha bir dinc sakin qətlə yetirilib. Raket onların evinin damına düşüb”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Ermənistanın hərbi cinayətləri davam edir”, - o əlavə edib.