Azərbaycanın quşçuluq müəssisələrindən biri özünü müflis elan edir
Tarix: 30-10-2020, 09:20
Newscenter.az.30.10.2020. “İmişli-Quşçuluq” MMC müflus elan olunması üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.
“Report” xəbər verir ki, bununla bağlı məhkəmə baxışı noyabrın 12-də, saat 12:00-da keçiriləcək.
İşlə maraqlanan fiziki və hüquqi şəxslər aidiyyəti üzrə müraciət edə bilərlər.
Xatırladaq ki, “İmişli-Quşçuluq” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,073 milyon manatdır.