Newscenter.az.30.10.2020. "İşğal olunmuş Dağlıq Qarabağdakı qondarma rejiminin "başçı"sı Araik Arutyunyan ermənilərə son videomüraciətində səsləndirdiyi fikirlər və etiraflar gözlənilən id".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, dünənə qədər Ermənistana arxalanan və Azərbaycanı tez-tez hədələyən bu separatçı köpək indi təşvişə düşüb: "Məğlubiyyətə uğradıqlarını, Azərbaycan Ordusunun Şuşaya yaxınlaşdığını istəməsə də belə etiraf edir. Bu da onun etirafı: "Düşmən Şuşanın bir neçə kilometrliyində, maksimum beş kilometr məsafədədir. Onların əsas vəzifəsi Şuşanı tutmaqdır. Sözdə deyildiyi kimi, Şuşaya sahib olan Artsaxa (Qarabağa) sahibdir. İstəyirəm bunu dərk edək”.
Partiya sədri deyib ki, bu günlərdə özünü Ordumuzun zərbələrindən qorumaq üçün tez-tez məkanlarını dəyişən, gah uşaq bağçasına, gah da zirzəmilərə sığınan terorçubaşı Arutunyan videomüraciətinin sonunda böyük bir həyəcan və təşviş hissilə bütün erməniləri Qarabağa çağırıb:
"Ancaq bundan sonra onları heç nə xilas etməyəcək. Bu beyinsiz ermənilər öz sonlarının bu cür rüsvayçı bir aqibətlə yekunlaşacağını elə ilk gündən dərk etməliydilər".
Mehman