Newscenter.az.31.10.2020. Hazırkı dövrədək ölkəmizdə 55 min 269 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Newscenter.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, onlardan 43 min 543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 996 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 352 min 907 test aparılıb. Bugünkü test sayı isə 11 441-dir.