Newscenter.az.1.11.2020. Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Arsurun Ovanesyan noyabrın 1-də keçirdiyi brifinqdə Azərbaycan Ordusunun Şuşa, Əsgəran və Daşaltı istiqamətində irəlilədiyini etiraf edib.
Newscenter.az-ın armenpress.am-a istinadən verdiyi xəbərə görə, Ovanesyan separatçı Dağlıq Qarabağ rejiminin "Müdafiə Nazirliyi"nin nümayəndəsinin Azərbaycan Ordusunun Şuşaya doğru irəliləməsi barədə xəbərinin ciddiyə alınmasını zəruri hesab edib. Ovanesyan qeyd edib ki, bu çox vacib xəbərdir və müharibə bütün çətinliklərlə davam edir:
"Hər şey o qədər də gözəl deyil və bütün potensialımızı cəmləşdirməliyik. Müharibə çətindir və əlimizdən gələni etməliyik".
NEWSCENTER.AZ