Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən Tərtərə top mərmiləri atıb



Newscenter.az.1.11.2020. Ermənistan silahlı qüvvələri Tərtər rayonunun yaşayış qəsəbəsini atəşə tutub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən saat 10 radələrindən başlayaraq, artilleriyadan istifadə etməklə rayonun Şıxarxı qəsəbəsinə bir neçə top mərmisi atıb.

Sakinlər "Report"un əməkdaşına bildiriblər ki, ermənilər oktyabrın 31-i gecə saatlarında da Şıxarxı qəsəbəsini atəşə tutublar.

Atəş zamanı yaşayış evlərinə ziyan dəyib, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.

Qeyd edək ki, əməkdaşımız qəsəbədə çəkiliş edən zaman da rayon ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalıb.
Xəbəri paylaş