Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın hərbi təcavüzü Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub



Newscenter.az.1.11.2020. Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib.

Newscenter.az xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı naziri İnam Kərimovun 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fermerlərə ünvanladığı müraciətdə əksini tapıb.

Nazir qeyd edib ki, bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası məhv edilib:

"Ümumilikdə davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib".

Orxan
Xəbəri paylaş