Newscenter.az.1.11.2020. Mərkəzi şirkəti ABŞ-da yerləşən “Johnson & Johnson” şirkəti qondarma Dağlıq Qarabağ rejimini təbliğ edir.
Newscenter.az xəbər verir ki, şirkət rəsmi “Twitter” hesabında Qarabağ münaqişədən əziyyət çəkən, qarşıdurmadan təsirlənən tərəflərin dəstəklənməsi məqsədilə toplanan ianələrin Beynəlxalq Qırmızı Xaç Komitəsinə təqdim ediləcəyini bildirib. Amma şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub. “Johnson & Johnson” bununla da beynəlxalq hüquqa əsasən, Azərbaycan Respublikasına aid olan Dağlıq Qarabağ və ətraf əraziləri, BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan Ermənistan Respublikası və erməni diasporunun hərbi, siyasi və maliyyə dəstəyi ilə qurulmuş qondarma separatçı rejimi təbliğ edib.
Əslində “Johnson & Johnson” bu paylaşımı ilə beynəlxalq hüququn hüdud və çərçivələrindən kənara çıxıb. Həmçinin, dolayısıyla Ermənistanın hərbi və siyasi təxribatlarının, ölkə ərazidə həyata keçirdiyi terrorizm aktlarının dəstəklənməsi üçün zəmin yaradıb.
Anar TAĞIYEV