MN: Azərbaycan PUA-ları Ermənistan üzərində uçuşlar həyata keçirmir
Tarix: 1-11-2020, 21:08
Newscenter.az.4.11.2020. Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir", - məlumatda vurğulanıb.