Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövlud Çavuşoğlu: "Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi"



Newscenter.az.1.11.2020. "Bütün bu üstünlüyə - həm döyüş meydanındakı üstünlüyə, həm hüquqi üstünlüyə, həm də haqlı olmağımıza baxmayaraq, atəşkəs məsələsində və danışıqlarda da özünə güvənən bir dövlət və millət kimi Sizin liderliyinizlə Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya göstərdi. Bunu anlayan var, anlamayan var, anlamaq istəməyən var".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Azərbaycan Prezidenti ilə görüşündə səsləndirib. Türkiyəli nazir qeyd edib ki, Ermənistanın da nə etdiyini və atəşkəsi hər dəfə pozduğunu hər kəs görür:

"Amma bunu söyləmək istəməyən çoxdur, biz bunu bilirik. Bu səbəbdən də biz öz aramızdakı həmrəyliyi daha da gücləndirərək haqqımızı müdafiə etməkdə davam edəcəyik".
Xəbəri paylaş