Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək



Newscenter.az.1.11.2020. "İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb".

Newscenter.az xəbər verir ki, bu fikirlər Kənd Təsərrüfatı naziri İnam Kərimovun 1 noyabr-Kənd Təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə fermerlərə ünvanladığı müraciətdə əksini tapıb. Nazir qeyd edib ki, torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək:

"Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Aqrar sahədə çalışan hər bir kəs öz üzərinə düşən məsuliyyəti anlayır və müharibə dövründə ikiqat əzmlə çalışır".

Orxan
Xəbəri paylaş