Newscenter.az.1.11.2020. Oktyabrın 31-i, gecə saatlarından etibarən Xankəndinə elektrik enerjisinin verilməsi dayandırılıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı armeniasputnik.am yayıb. Bildirilib ki, noyabrın 1-də də şəhərə elektrik enerjisinin verilməsi bərpa olunmayıb.
Məlumata görə, Xankəndinə elektrik enerjisinin verilişinin dayandırılmasına səbəb şəhərdə mülki əhalinin qalmamasıdır. Belə ki, Azərbaycan Ordusunun sürətli əks-hücumlarından təşvişə düşən ermənilərin Xankəndini tamamilə tərk etdiyi bildirilir.
NEWSCENTER.AZ