Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniya-Azərbaycan Birgə Proqramı onlayn formatda davam etdirilir.

Almaniya-Azərbaycan Birgə Proqramı onlayn formatda davam etdirilir.


Newscenter.az.2.11.2020. Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı koronavirus (COVID-19) pandemiyası səbəbindən onlayn formatda davam etdirilir.

Newscenter.az-a KOBİA-dan bildirilib ki, proqramın Azərbaycan üzrə əlaqələndiricisi olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2021-ci ildə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün müsabiqə elan edir.

İngilis dilində təşkil olunacaq ixtisasartırma kursunda menecment sahəsində peşəkar təlimçilər tərəfindən iştirakçılar üçün praktiki idarəetmə vərdişlərinin qazanılması məqsədilə treninqlər, alman şirkətləri ilə virtual formatda təcrübə mübadiləsi və işgüzar görüşlər təşkil ediləcək. İxtisasartırma kursunu uğurla başa vuracaq iştirakçılara beynəlxalq sertifikat veriləcək. Proqramda iştirak ödənişsizdir.

Virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər müvafiq sənədləri 22 noyabr 2020-ci il tarixinədək elektron qaydada KOBİA-ya təqdim etməlidir. İxtisasartırma kursunun iştirakçıları Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssisləri tərəfindən onlayn müsabiqə vasitəsilə seçiləcək.

Proqram haqqında, eləcə də ixtisasartırma kursunda iştirak etmək üçün lazımi sənədlər barədə məlumatı KOBİA-nın www.smb.gov.az saytından əldə etmək olar: https://bit.ly/389xFlo

Sevinc
Xəbəri paylaş