Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ayna Zeynalova: "Düşünürəm ki, doğma MİNCİVAN qəsəbəsinə gedib təhsilimizi daha da inkişaf etdirməliyik"



Newscenter.az.2.11.2020. Bu günlər işğaldan azad olunmuş şəhər və rayinlarımızın sakinləri ikiqat sevinc hissləri keçirirlər.

Newscenter.az xəbər verir ki, millixəbər.az-ın əməkdaşları “Qarabağ Azərbaycandır” rubrikası ilə Zəngilan rayonu 29 saylı Tam Orta Məktəbin direktoru Ayna Zeynalova ilə həmsöhbət olublar.

Ayna Zeynalova bildirib ki, 2005-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Zəngilan rayon təhsil şöbəsinə müraciət etdim, azad təyinatla hazırda çalışdığım bu məktəbdə müəllim kimi fəaliyyətə başladım.16 ilə yaxındır ki, burada çalışıram.Onun 7 ilini tədris işləri üzrə direktor müavini vəzifəsində işləmişəm. 1 il də direktor əvəzi kimi işlədikdən sonra Təhsil Nazirliyinin direktorların işə qəbulu üzrə müsabiqə və müsahibədən keçərək direktor kimi fəaliyyətimi davam etdirirəm.

Siz məktəbi ekskursiya edərkən də gördünüz ki, təhsillə yanaşı biz vətənpərvərliklə bağlı məsələlərə xüsusi önəm veririk. Şagirdlərin hər birinin masasının üstündə işğal edilmiş torpaqlarımızla bağlı geniş müfəssəl məlumatlar verilib. Hər bir şagirdimiz bu tarixi əhəmiyyətli dövrləri əzbərləyərək dərindən öyrənir və mənimsəyirlər.

Bu məktəb ilk öncə Zəngilan rayonunun indi işğaldan azad olunan Mincivan qəsəbəsində 1 saylı məktəb olaraq fəaliyyət göstərib. Hal-hazırda isə Zəngilan rayonu 29 saylı məktəb olaraq fəaliyyətini davam etdirir. Məktəbimizdə bir neçə yaşlı müəllimlərin yaşlarının tamam olması ilə əlaqədar işdən çıxmalarını istisina etməklə hazırkı dövrümüzdə çalışan müəllimlərin böyük əksəriyyəti o dövrdə həmin Mincivan məktəbində çalışan müəllimlərdir.
Xəbəri paylaş