Newscenter.az.2.11.2020. Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutur.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hazırda da Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulur.