Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev: “Ermənistan mülki şəxslərə qarşı fosforlu silahdan istifadə edir”

[center]

Newscenter.az.2.11.2020. “Ermənistan fosforlu silahların istifadəsi üzrə geniş təcrübəyə malikdir. 2016-cı ildə dörd günlük Aprel döyüşləri zamanı Ermənistan Tərtər rayonunun Əskipara kəndinə fosfor mərmiləri atıb. ATƏT nümayəndələrini və hərbi attaşeləri dəvət etdik və onların iştirakı ilə partlamamış hərbi sursatlar zərərsizləşdirilib”.

Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

“8 oktyabr tarixində də Ermənistan Füzuli bölgəsini fosforlu silahla atəşə tutub. Lakin mərmi partlamayıb. ANAMA mütəxəssisləri silahı zərəsizləşdiriblər. Fosfordan istifadə edərək, Ermənistan pilotsuz təyyarələrin kameralarını ağ tüstü ilə örtmək üçün Şuşa meşələrində od vurur.

Ermənistanın parçalanması 8 oktyabrda Füzuli bölgəsinə fosfor mərmilər atması ilə nəticələndi. Mülki obyektlərə qarşı fosfor silahlarından fəal şəkildə istifadə edən Ermənistanın Azərbaycana qarşı ittihamları tipik günahlandırma və məsuliyyətdən qaçma taktikasıdır”.
Xəbəri paylaş