Newscenter.az.2.11.2020. Türkiyənin İzmir şəhərində zəlzələ nəticəsində həlak olanların sayı 92-yə yüksəlib.
Bu barədə məlumatı “Anadolu” yayıb.
Qeyd olunub ki, yeraltı təkandan yaralananlardan 147 nəfərinin müalicəsi davam edir.
Xatırladaq ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Hadisə nəticəsində şəhərin bir sıra binaları dağılıb.