Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məhv edilən polkovnik separatçıların “müdafiə nazirinin müavini” imiş



Newscenter.az.2.11.2020. Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyanın öldüyünü etiraf edib.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armeniya” yayıb.

O, bu "vəzifəyə" bu il iyulun 4-də təyin olunmuşdu.

Xatırladaq ki, Artur Sarkisyanın məhv edilməsi ilə bağlı məlumatı Azərbaycanın Müdafiə Nazirliyi oktyabrın 29-da yaymışdı. Onun 1-ci ümumqoşun ordusu komandanın müavini olduğu məlum idi. “Sputnik Armeniya”nın yaydığı məlumatdan isə aydın olur ki, o həm də separatçıların “müdafiə nazirinin müavini” imiş.
Xəbəri paylaş