Newscenter.az.2.11.2020. Türkiyə ordusu son ay ərzində terrorçuluğa qarşı əməliyyatların gedişatında PKK-nın 134 terrorçusunu zərərsizləşdirib.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd edilir ki, Türkiyənin silahlı qüvvələri ölkənin daxilində və sərhədlərindən xaricdə xalqın təhlükəsizliyin təmin olunması üçün terrorçuluğa qarşı əməliyyatlar keçirməyə davam edir.
PKK terror qruplaşması 1984-cü ildən Türkiyənin təhlükəsizlik qüvvələrinin əməkdaşlarına və dinc sakinlərə qarşı silahlı hücumlar təşkil edir. Terrorçular bu illər ərzində minlərlə dinc sakini və güc strukturunun əməkdaşlarını öldürüblər.