İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 76 nəfərə çatdı
Tarix: 2-11-2020, 06:49
Newscenter.az.2.11.2020. Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 76 nəfərə yüksəlib.
Bu barədə Newscenter.az ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən xəbər verir.
"Son məlumatlara görə, zəlzələ nəticəsində 76 nəfər ölüb, 962 nəfər xəsarrət alıb", - agentliyin xəbərində bildirilir.