Newscenter.az.3.11.2020. Noyabrın 2-si gecə və 3-ü səhər saatlarında döyüşlər cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində gedib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı armenpress.am Ermənistanın Müdafiə Nazirliyinə istinadən verib. Bildirilib ki, Azərbaycan Ordusu xüsusilə şərq cəbhəsində bir qədər irəliləməyə nail olub. Gərgin gedən döyüşlər nəticəsində erməni əsgərləri geri çəkilərək bir sıra mövqeləri əldən veriblər.
Bildirilir ki, Azərbaycan Ordusu şimal və cənub istiqamətində də nəzərəçarpacaq dərəcədə fəallaşıb.
NEWSCENTER.AZ