Newscenter.az.3.11.2020. Diplomatiyaya və xarici siyasətə baxın!
Demək olar ki, münasibətləri tam bərbad vəziyyətdə olan Türkiyə ilə İsraili yan yana gətirən, dəfələrlə ciddi qarşıdurma vəziyyətində olan Rusiya ilə Türkiyəni həlledici məsələlərdə konsensusa gətirən, öz doğma ərazilərini qaytarmaq üçün də olsa, XXl əsrdə və dünyanı lərzəyə gətirən pandemiya şəraitində işğal olunmuş ərazilərini işğaldan azad etmək üçün dünya güclərinin müdafiə etdiyi işğalçı Ermənistanı darmadağın edib dizi üstə çökdürən, çox böyük ehtimal ki, yaxın zamanlarda tam qələbədən sonra belə, nə regiondakı qonşuları ilə, nə də ki, dünyanın aparıcı dövlətləri ilə münasibətlərinə heç bir xələl gəlməyəcək Azərbaycana düşmənçilik etməyin məntiqi nəticəsidir Ermənistanın hazırki durumu!
Nikolo Makiavelli, Ralf Felthem, Ceyms Oldric, Filip Defarj, Liam Foks, Zbiqnev Bjezinskiy, Henri Kissincer, Robert Qrin kimilərin siyasət və diplomatiya sahəsində yazdıqları əsərlərindəki ana qanunların belə əksini isbat edən performans!
Azərbaycan dünyadakı bütün dövlətlərlə qarşılıqlı münasibətlərini normal şəkildə qura bilir və istənilən məsələdə diplomatik çözüm tapır!
Sadəcə Ermənistan istisna olmaqla. Bilirsinizmi niyə?!
Çünki, Ermənistan əslində dövlət deyil!
Və dövlətlərarası münasibətlərin qurulması üçün də, ilk növbədə qarşındakı dövlət olmalıdır. Cinayətkar qruplaşma və ya qeyri-qanuni toplum yox!
Xəyal Bəşirov-siyasi ekspert