Newscenter.az.5.11.2020. Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vurulub.
Müdafiə Nazirliyindən Newscenter.az-a verilən məlumata görə, nəticədə şəxsi heyət arasında ölən və yaralananlar var.
Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladılıb, artilleriya qurğuları tam sıradan çıxarılıb.