Newscenter.az.6.11.2020. Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən noyabrın 7-si gecə saat 00:00-dan noyabrın 9-u səhər saat 06:00-dək müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumatda deyilir: “9 noyabr (bazar ertəsi) Dövlət Bayrağı günü qeyri-iş günü olmasına baxmayaraq müntəzəm və ekspres xətlər üzrə avtobuslar sərnişinlərimizin xidmətində olacaq”.