Newscenter.az.8.11.2020. Cəbhədə gərgin döyüşlər davam edir.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-i saat 16:30-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Şıxar qəsəbəsi və Qazyan, Hüsənli, Əskipara, Səhlabad kəndlərini atəşə tutur.
Düşmən rayon ərazisinə gün ərzində ümumilikdə 110 top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Mülki evlərə dəymiş ziyan araşdırılır.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.