Newscenter.az.8.11.2020. “Mən demişdim, əgər görsəm ki, danışıqlar artıq tamamilə səmərəsizdir – bizim başqa yolumuz qalmayacaq. Hamı bilsin – düşmən, onun havadarları və bu məsələ ilə məşğul olan vasitəçilər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Həmişə sözümdə durmuşam, Azərbaycan xalqına nə demişəmsə, onu da etmişəm. Bu məsələdə də sözümdə durdum və artıq biz qələbəni qeyd edirik”, - Prezident söyləyib.