Newscenter.az.8.11.2020. Şuşa şəhərinin işğaldan azad edilməsi respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Biləsuvarda da qeyd edilib.
"Report"un Muğan bürosunun məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olduğu Əliabad kəndindəki evin qarşısına doğru avtoyürüş keçirilib.
Rayon sakinləri ilə yanaşı, digər qonaqlar da bayraqlarla Əliabad kəndinə gəliblər.