Newscenter.az.8.11.2020. “Hələ də işğal altında torpaqlar var. Hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
“Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib. Özünü alçalda-alçalda, xalqını təhqir edə-edə Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir. Hərbi yardım istəyir, silah-texnika istəyir. Bəs hanı sənin yenilməz ordun? Məhv etmişik onu! Bütün onların sözləri, bütün onların bəyanatları mif idi, yalan! Yenilməz ordu Azərbaycan Ordusudur! Döyüş meydanında göstərir, təkbaşına düşməni torpaqlardan qovur!”.