Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TƏBİB cəbhəyanı bölgələrdə “Sağlam doğuş” layihəsinə başlayıb



Newscenter.az.8.11.2020. Dünyanı bürüyən koronavirus (COVİD 19) pandemiyası və torpaqlarımızın azadlığı uğrunda gedən mübarizə şəraitində ölkəmizdə yeni doğulan körpələrin və anaların sağlamlığı prioritet məsələlərdəndir. Bu məqsədlə TƏBİB cəbhəyanı bölgələrdə yerləşən 37-39-cu həftəsində olan və riskli hamiləliklə qeydə alınan şəxslər üçün “Sağlam doğuş” layihəsi həyata keçirir.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, layihə çərçivəsində cəbhəyanı bölgələrdə ( Ağdam, Bərdə, Tərtər, Cəbrayıl, Füzuli, Ağcabədi rayonları) ümumilikdə 1500 nəfərə yaxın hamilənin olduğu müəyyənləşib.

Bugünədək artıq Bakı şəhəri 5 saylı doğum evində 17, Bakı şəhəri 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında 1, Sumqayıt şəhəri 1 saylı doğum evində 21 nəfər hamiləyə doğuşayardım xidməti göstərilib.

Bununla belə, layihə çərçivəsində UNİCEF-in mütəxəssisləri Ana və Uşaq sağlamlığının qorunmasına dair həkimlərə və orta tibb işçilərinə təlim keçiblər. Təlimdə yeni doğulmuş və südəmər uşaqlar, yeni doğulmuş uşaqlara doğum evində qulluq, yeni doğulmuş uşaqlarda ən çox rast gəlinən problemlər və onların aradan qaldırılma yolları, körpə və erkən yaşlı uşaqların qidalanması barədə ətraflı məlumat verilib. Həmçinin, döşlə əmizdirmənin əhəmiyyəti və qaydaları, anaların sağlamlığı, erkən uşaq inkişafı dövrünün əhəmiyyəti barədə danışılıb.

Sevinc
Xəbəri paylaş