Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna XİN Azərbaycanın konsulluğuna hücumu qınadı



Newscenter.az.8.11.2020. Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Xarkov şəhərindəki Fəxri konsuluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qəti şəkildə qınayır.

Bu barədə “Report” Ukrayna XİN-nin bəyanatına istinadən xəbər verir.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları tərəfindən lazımi təhqiqat tədbirləri başladılıb: “Bunu törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

Qeyd edək ki, Noyabrın 7-si gecə saatlarında Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki Fəxri Konsulluğu silahlı hücuma məruz qalıb.
Xəbəri paylaş