Xocavənd istiqamətində düşmənin yüksək vəzifəli şəxsləri məhv edildi-VIDEO
Tarix: 8-11-2020, 16:35
Newscenter.az.8.11.2020. Noyabrın 8-i saat 14:00 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilib.
Bu barədə Newscenter.az Azərbaycanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.