Newscenter.az.9.11.2020. Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi meydan və küçələrində olan reklam monitorlarında Azərbaycan bayrağı nümayiş etdirilir.
“Report”un yerli bürosu xəbər verir ki, aksiya 9 Noyabr – Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə ölkənin Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə təşkil olunub.
Şəhərin Azadlıq, Birinci Respublika, Vağzal meydanları və digər 5 mərkəzi yerində qurulan iri monitorlarda Azərbaycan bayrağının yer aldığı çarx gün ərzində göstəriləcək.