Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq media Şuşanı azad edən əsgərlərimizin şücaətindən yazıb



Newscenter.az.9.11.2020. Elə daim ermənilərə havadarlıq edən dövlətlərin jurnalistləri, ŞUŞA kimi alınmaz qalanın azad edilməsi zamanı, Azərbaycan əsgərinin dəniz səviyyəsindən iki kilometrə qədər yuxarıda olan o əvəzolunmaz incisinə qovuşmaq üçün necə qalxdığını təsvir etməyə çalışıblar.

Dövlətinə, vətəninə sevgisini keçilməz dağ yoxuşları ilə yuxarı, şəhidi və yaralısı çiynində, döyüşərək qan və tər içində qalxmaqla nümayiş etdirən Azərbaycan əsgərinin, belə vəziyyətdə nəfəs belə almadan Şuşaya çıxmasına təəccüblərini gizlədə bilmir Rusiya mediası!

Bir aydan artıq davam edən bu "Vətən müharibəsi"ndə Azərbaycan əsgərinin və hərbçisinin qəhərəmanlıqlarına və şücaətlərinə güclü və müasir hərbi texnikaya malik olmağımız bəhanələri ilə kölgə salmağa çalışan mənfur düşmənin və onun havadarlarının iddialarına da elə Fransa mediası son qoyub:
Azərbaycan Ordusunun Şuşa şəhərini heç bir dron və texnika olmadan, sadəcə yaxından əlbəyaxa döyüşlərlə ələ keçirilməsi barədə yazmaqla. Şuşadakı döyüşlərdə yaralanıb Xankəndinə qaçan və ya aparılan ermənilərin üzərindəki tapança və bıçaq yaralarını əsas gətirməklə!

Bütün bunlarla fransızlar və ruslar Azərbaycan əsgəri və Azərbaycan xalqı barədə əbədi olaraq tarixdə qalacaq reallıqları canlı olaraq müşahidə edib əks etdirsələr də, onların görmədikləri, görə bilmədikləri və ya görmək istəmədikləri daha bir əsas və vacib nüans var!

O döyüşdə, Azərbaycan əsgəri tək vuruşmurdu! O döyüşdə, təkcə aşağıdan yuxarı vuruşaraq qalxan deyildi əsgərimiz, yxarıda da döyüşüb əsgərimizin, zabitimizin hayına hay verən, səsinə səslənən Şuşa adlı iğidimiz sanki son döyüşünə çıxmışdı! Çünki iyirmi səkkiz illik məhbəs həyatından və doğmalarının həsrətindən cana doymuş o igid, doğmalarının iyini və azadlığının hənirtisini hiss etmişdi!

Belə bir məqamda Şuşanı heç bir güc, heç bir dəmir qəfəs, heç bir polad zəncir və heç bir düşmən saxlaya bilməzdi! Bu mümkün deyildi!
Uca Tanrı ona aid olanı heç kimə güzəştə getməyən möhtəşəm Xalqımızı, şanlı Ordumuzu və yenilməz Ali Baş Komandanımızı qorusun!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş