Newscenter.az.9.11.2020. Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Universitetinin müəllimi, həmyerlimiz Şəhrizad Süleyman bundan sonra BƏƏ-də məsul vəzifədə çalışacaq.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Şəhrizad Süleyman özü verib. Bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Lokallaşdırma Nazirliyinə təyinat alıb. Şəhrizad Süleyman sözügedən nazirlikdə şöbə müdiri vəzifəsini tutacaq.
Qeyd edək ki, Şəhrizad Süleymanın bacısı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışan həmyerlimiz Saada Süleyman isə COVID-19 xəstələrinin müalicəsində göstərdiyi fədakarlığa görə bir müddət əvvəl Əbu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən təşəkkür məktubu və fəxri mükafatla təltif olunub.