Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Prezidenti koronavirusa yoluxub



Newscenter.az.9.11.2020. Ukrayna Prezidenti Vladimir Zelenskidə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram"da özü bildirib. Koronavirus testinin nəticəsinin müsbət olduğunu deyən dövlət başçısı özünü yaxşı hiss etdiyini vurğulayıb.

"Dünyada COVID-19-un təhlükə törətmədiyi xoşbəxt yoxdur. Bütün karantin tədbirlərinə baxmayaraq, mən də müsbət (koronavirus testi-red) nəticə aldım", - deyə Zelenski yazıb.

Dövlət başçısı əlavə edib ki, indi hərarəti 37,5-dir. "Özümü yaxşı hiss edirəm. Təcrid edilməyə söz verirəm və işləməyə davam edirəm, - Ukrayna lideri qeyd edib.
Xəbəri paylaş