Newscenter.az.14.11.2020. “Ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlunun verdiyi yersiz açıqlamalar bu həssas dönəmdə bizə əlavə problemlər yaradır”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinə məxsus helikopterlə əlaqədar baş vermiş faciəvi hadisə və Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı səfirimizin söylədiyi fikirlər həqiqətən də qəbuledilməzdir:
“Rusiya kimi vacib bir ölkədə böyük elçimiz funksiyasını yerinə yetirən bu diplomatımız heç olmasa cənab Prezidentin xalqa müraciətlərini, mediaya müsahibələrini mütəmadi olaraq izləməlidir ki, önəmli məsələlərdə dövlətimizin mövqeyindən xəbərdar olsun və onu düzgün təqdim edə bilsin. Diplomatlar və deputatlar bu günlərdə söyləmək istədikləri hər sözü öncə yüz ölçüb bir biçməlidirlər. Prezident İlham Əliyevin mövqeyinə və hədəflərinə zidd olan ehtiyatsız açıqlamalar verib ölkəmizin mənafelərinə zərbə vurmaq olmaz”.
Anar