Newscenter.az.15.11.2020. Ermənilərin bu günə qədər əldə etdiyi uğurunun arxasında yalnız bir amil dururdu. Hücum!
Daim bütün istiqamətlərdə hücum mövqeyində olmaları!
Bu ilin 27 sentyabrında ilk dəfə geniş miqyaslı əks hücuma keçəndən sonra (2016-ın apreli və 2018-in mayındakı qısa müddətli hücumlardan sonra) onların bu uğur sindromu darmadağın edildi. Ən güclü müdafiə hücumdur, dostlar!
Bundan sonra biz daim hücumda olmalıyıq, bütün platformalarda. Bizim o vandallara cavabımız ancaq və ancaq şiddətli hücumlarımızla olmalıdır!
Bu gün, müharibənin aktiv fazası keçsə də, mübarizənin növbəti və ermənilər üçün ən sevimli fazası (mahiranı saxtakarlıq) davam etməkdədir. İnformasiya və təbliğat mübarizəsi.
Bax bu istiqamətdə biz yenə səhvə yol veririk. Müdafiə mövqeyi sərgiləyirik. Onların bu gün ərazilərimizdən çıxarkən etdikləri də, həm özləri barəsində qurban obrazı yaratmaq cəhdi, həm də bizim əsəblərimizin tarıma çəkilməsinə hesablanıb!
Biz də, onların bu cür növbəti addımlarını oturub gözləyib, onlara kontr arqument hazırlamamalıyıq, biz bu platformada da, döyüşdəki kimi qalib gəlmək istəyiriksə daim hücumda olmalıyıq!
Uca Tanrı bu informasiya müharibəsində əsgərimiz olan hər bir azərbaycanlını qorusun!
Xəyal Bəşirov-siyasi ekspert